DİN QHT rəhbərinin ölümü ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb

DİN QHT rəhbərinin ölümü ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb
# 24 oktyabr 2015 10:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi QHT rəhbərinin ölümü ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 23-də saat 15.00 radələrində Oğuz rayonunun Sincan kəndində Şəki şəhər sakini İlqar İlyaslı idarə etdiyi “Cherry” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Xəstəxanaya yerləşdirilən İ. İlyaslı orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, qəzada dünyasını dəyişən İ. İlyaslı Maarifçi Gənclər İctimai Birliyinin sədri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR