Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 18 fevral 2013 09:12 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-210, Kiçik Qafqazın çaylarında 50-160, Lənkəran-Astara bölgəsi çaylarında 20-140, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Fevralın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm ongünlük normanın 76 faizini təşkil edib.


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 61 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2012-ci ildə bu göstərici ongünlük normanın 84 faizinə bərabər olub.


Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 16 sm, Şirvanda 18 sm, Salyanda 13 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Bankədə isə 2 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 442 sm, Şirvanda 315 sm, Salyanda 309 sm, Bankədə 255 sm, Araz çayının Novruzlu məntəqəsində isə 190 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR