Mədət Quliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Mədət Quliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub
# 21 noyabr 2014 10:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Prezident İlham Əliyev ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın Penitensiar Xidmətin saytına istinadən verdiyi məlumata görə, sərəncama əsasən, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Zemfira Məmmədova və Rasim Tahirli “Tərəqqi” medalı ilə, Əhmədova Ülviyyə Mahmud qızı Əliyev Niyaməddin Cabbar oğlu, Hacıyev Rəşad Yavər oğlu, Həsənov Fərhad Fərrux oğlu, Hüseynov Nizami Əli oğlu, Xəlilov Qədir Rövşən oğlu, Salmanova Səbinə Qədir qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR