Azərbaycanda neft və qaz hasilatı azalıb

Azərbaycanda neft və qaz hasilatı azalıb
# 18 mart 2013 07:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda neft və əmtəəlik təbii qaz hasilatının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 7,2 mln. ton neft və 2,9 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib. Ötən ilin yanvar-fevral aylarına nisbətən neft hasilatı 4%, əmtəəlik təbii qaz hasilatı isə 3,3% azalıb.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda neft hasilatı 43,2 mln. ton, təbii qaz hasilatı isə 28,8 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR