ETSN şikayətlə əlaqədar araşdırma aparıb

ETSN şikayətlə əlaqədar araşdırma aparıb
# 05 sentyabr 2014 08:17 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Göyçayın Qaraməryəm kəndində ağacların kəsilməsi ilə bağlı daxil olmuş şikayət ETSN-nin Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı Şamaxı-Xaldan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Qaraməryəm qəsəbəsinin ərazisində “Azərinşaat MMC” tərəfindən Qaraməryəm-İsmayıllı avtomobil yolunun sol kənarında su ötürücülərinin çəkilməsi məqsədilə torpaq qazıntı işlərinin aparıldığı məlum olub.

ETSN-nin əməkdaşlarının apardığı araşdırma zamanı sözügedən ərazidə heç bir ağac kəsintisi faktının olmadığı, lakin 6 ədəd tut ağacının kök hissəsinin qazıldığı aşkar edilib.
Fakt şikayətçinin iştirakı ilə yerində sənədləşdirilib və ağacların kök hissəsinin doldurularaq əvvəlki vəziyyətə qaytarılması təmin olunub. Ağaclara aqrotexniki qaydada qulluq göstərilməsi “Azərinşaat MMC”-yə tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR