Bank Of Baku

Lənkəranın Şilim kəndində bir ayda bir neçə sakinin qoyunları oğurlanıb - VİDEO

Lənkəranın Şilim kəndində bir ayda bir neçə sakinin qoyunları oğurlanıb - VİDEO
# 14 mart 2019 00:31 (UTC +04:00)

Lənkəranda eyni kənddə son bir ay ərzində bir neçə oğurluq faktının baş verməsi kənd sakinlərini ciddi narahat edir.

ONA-nın cənub bürosundan verilən məlumata görə, sonuncu hadisə gecə saatlarında rayonun Şilim kəndində baş verib. Bəylər İsmayılova məxsus evin həyətindəki tövlədən 2 baş qoyun oğurlanıb. Artıq bu, bir ay ərzində ayrı-ayrı vaxtlarda zərərçəkmişin üzləşdiyi üçüncü oğurluq hadisəsidir. Ümumilikdə İsmayılovların tövləsindən 4 baş qoyun oğurlanıb.

Oğurluq hadisələri tez-tez baş verdiyindən hazırda kənd sakinləri təşviş içindədir.

Faktla bağlı isə Lənkəran Şəhər-Rayon Polis Şöbəsi araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR