Bank Of Baku

Kanada və Fransa kosmik infrastruktur və iqtisadi inkişaf sahəsində əməkdaşlıq edəcək

Kanada və Fransa kosmik infrastruktur və iqtisadi inkişaf sahəsində əməkdaşlıq edəcək
# 21 sentyabr 2026 03:07 (UTC +04:00)

Kanadanın Baş naziri Mark Karni və Fransa Prezidenti Emmanuel Makron kosmik infrastruktur, biznes və iqtisadi inkişaf sahələrində əməkdaşlıq etmək barədə razılığa gəliblər.

APA xəbər verir ki, tərəflər sentyabrın 20-də Kanadanın Nyufaundlend və Labrador əyalətinin sahilləri yaxınlığında yerləşən Fransanın Sen-Pyer və Mikelon ərazisində görüşüblər.

Karni bildirib ki, iki ölkənin kosmik agentlikləri və müdafiə nazirliklərinə kosmik buraxılış sistemləri və yerüstü məlumat qəbuletmə infrastrukturu da daxil olmaqla, ortaq infrastrukturun hazırlanması və istifadəsi tapşırılacaq.

Kanada Baş nazirinin Ofisinin nümayəndəsi bildirib ki, ölkələr peyklərdən məlumat qəbul edə biləcək infrastrukturun yaradılması istiqamətində də əməkdaşlıq etməyi planlaşdırır.

Karni və Makron, həmçinin Atlantik Kanadası ilə Sen-Pyer və Mikelon arasında fəaliyyət göstərən regional birgə əməkdaşlıq komissiyasının iqtisadi inkişaf, enerji keçidi və iqlim dayanıqlığı sahələrində fəaliyyətini genişləndirməsi barədə razılaşıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR