Gəncə şəhər sakini sirkə turşusundan zəhərlənib

Gəncə şəhər sakini sirkə turşusundan zəhərlənib
# 19 oktyabr 2015 15:06 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini ehtiyatsızlıqdan zəhərlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1950-ci il təvəllüdlü Namiq Həsənov sirkə turşusundan zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. N. Həsənovun qohumlarının bildirdiklərinə görə, o, stolun üstündə olan sirkə turşusunu su zənn edərək içib və zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR