BVF: Bu il Azərbaycanda inflyasiyanın artması dövlət xərclərinin genişlənməsi ilə bağlı olacaq

BVF: Bu il Azərbaycanda inflyasiyanın artması dövlət xərclərinin genişlənməsi ilə bağlı olacaq
# 12 mart 2013 10:32 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BFV) missiyasının rəhbəri Raca Almarzoqi bəyan edib.

R.Almarzoqinin sözlərinə görə, bu il ölkədə orta illik inflyasiyanın səviyyəsinin 3,4% olacağı gözlənilir.

Müqayisə üçün bildirək ki, 2012-ci ilin yekunlarına görə, Azərbaycanda inflyasiya 1,1% səviyyəsində olub.

R.Almarzoqinin fikrincə, dövlət xərclərinin yüksəlməsi, habelə qeyri-neft sektorunda istehsalat güclərinin artıq yüklənməsi şəraitində fəaliyyət göstərməsi səbəbindən və müvafiq tədbirlər görülməyəcəyi təqdirdə, inflyasiyanın göstərilən səviyyəyə çatması labüddür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR