Suriya BMT Təhlükəsizlik Şurasından İsrailin aviazərbələrini pisləməsini tələb edib

Suriya BMT Təhlükəsizlik Şurasından İsrailin aviazərbələrini pisləməsini tələb edib
# 01 fevral 2013 04:35 (UTC +04:00)

Bakı-APA. Suriya BMT Təhlükəsizlik Şurasından Suriya ordusunun güman etdiyi İsrailin Hərbi-Hava Qüvvələrinin Dəməşqin yaxınlığında yerləşən elmi-təhqiqat mərkəzinə aviazərbələrini pisləməsini tələb edib

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Suriyanın “SANA” dövlət agentliyinin məlumatına əsasən, Suriya XİN müraciətləri BMT Təhlükəsizlik Şurasına və BMT-nin baş katibi Pan Qi Muna ünvanlanıb.

Məktublarda qeyd olunur ki, İsrailin hərəkətləri BMT Xartiyasının tələblərini, beynəlxalq hüququ və 1974-cü ilin Suriya və İsrail ordularına hüdud saxlamalarına dair razılaşmanı kobud şəkildə pozur. Suriya tərəfi həmçinin zərbələrin guya Livana silah daşıyan yük karvanına endirilməsi barədə yayılmış məlumatları təkzib edib.

“Təhlükəsizlik Şurası öz vəzifələrindən imtina edərək bu cür təhlükəli həmlələrin qarşısını almaq istəməməsi regionda təhlükəsizliyin və sülhün pozulmasına zəmin yaradacaq”, deyə XİN bəyanatında bildirilir.

Bir qədər əvvəl isə, BMT baş katibi Pan Qi Mun İsrail döyüş təyyarələrinin Suriya ərazisində obyektə hücumu barədə yayılmış xəbərlərdən narahatçılığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR