Azərbaycan ərazisində havanın temperaturu yüksələcək, bəzi yerlərdə 26 dərəcəyə çatacaq

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək, bəzi yerlərdə 26 dərəcəyə çatacaq
# 14 mart 2013 09:03 (UTC +04:00)

Səhər bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, mülayim cənub qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperatur gecə 6-11, gündüz, 15-20 dərəcə olacaq.

Martın 15-də bölgələrdə də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 2-6 isti, gündüz 13-18 dərəcə isti olacaq.

Martın 15-də Abşeron yarımadasında meteoroloji amillərin normal tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR