Səfirlik: “Donetskdə baş verən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur”

Səfirlik: “Donetskdə baş verən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur”
# 14 fevral 2013 10:43 (UTC +04:00)

Bu barədə APA-ya ölkəmizin Ukraynadakı səfirliyində bildiriblər.

Qeyd edək ki, “Yujnıye Avialinii” aviaşirkətinə məxsus və Odessa - Donetsk reysini yerinə yetirən 1977-ci il istehsalı olan “AN-24” tipli təyyarə Donetsk hava limanına eniş edən zaman qəzaya uğrayıb. Yerə zərblə dəyən təyyarədə yanğın başlayıb. Hadisə nəticəsində təyyarədə olan 52 nəfərdən 5 nəfər həlak olub, 26 nəfər xəsarət alıb. “Yujnıye Avialinii” şirkətinin fəaliyyətinə müvəqqəti olaraq xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR