«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb - FOTO

«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb - <span style="color: red;">FOTO
# 19 fevral 2013 13:54 (UTC +04:00)

«APA-ECONOMICS»in məlumatına görə, bu ilin fevral ayında 3 yaşını qeyd edən «Ekonomist» jurnalının artıq 35 buraxılışı işıq üzü görüb.


«Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayında neft-qaz sahəsi üzrə 2012-ci il üçün qısa icmal, maliyyə və turizm sektoru haqqında məqalələr, ölkənin ərzaq təhlükəsizliyinə həsr olunmuş təhlil, 2013-cü ildə Azərbaycan bazarına gətirilməsi gözlənilən yeni avtomobil modelləri haqqında icmal, paltaryuyan maşınlar bazarı üzrə marketinq araşdırması yer alıb. Bundan əlavə, jurnalda «Rabitəbank» ASC-nin yeni sədri ilə müsahibə dərc olunub.


Qeyd edək ki, «Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.


Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR