Azərbaycanda fəaliyyət göstərən mehmanxanalar ötən il 154 milyon manat gəlir əldə edib

Azərbaycanda fəaliyyət göstərən mehmanxanalar ötən il 154 milyon manat gəlir əldə edib
# 27 aprel 2013 09:44 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu müəssisələrdəki nömrələrin (otaqların) sayı 15,9 min vahid, birdəfəlik tutum isə 32,8 min çarpayı-yer olub, nömrələrin 16,5%-ni lüks, 40,5%-ni birinci dərəcəli, 43%-ni isə turist dərəcəli nömrələr təşkil edib. Birdəfəlik tutumun 10,2 mini Bakı şəhərində yerləşən mehmanxanalarda, 22,6 mini isə ölkənin digər şəhər və rayonlarındakı mehmanxanalarda mövcud olub.


Hesabat ilində ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 2011-ci illə müqayisədə 22,5% artaraq 624,9 min nəfər olub ki, onların da 59,5%-i xarici ölkə vətəndaşları olub. Yerləşdirilmiş xarici ölkə vətəndaşlarının sayında əvvəlki ilə nisbətən 44,2% artım qeydə alınıb.

Bununla yanaşı, 2012-ci ildə ölkə üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin yüklənmə səviyyəsi 13,7% təşkil edib. Bu göstərici Bakı şəhərində, Naxçıvan MR-də, Xaçmaz, Lerik, Qəbələ, Masallı, Qusar, Şamaxı və Şəki rayonlarında ölkənin digər rayon və şəhərlərinə nisbətən daha yüksək olub.

«Bu dövrdə mehmanxana və mehmanxana tipli müəssisələrdə 372,1 min nəfər xarici ölkə vətəndaşı gecələmə keçirmiş, onların böyük əksəriyyətini Böyük Britaniya, Türkiyə, Rusiya, Almaniya, İran, ABŞ, Ukrayna, Fransa, Çin, Gürcüstan, İtaliya və Qazaxıstan vətəndaşları təşkil edib», - deyə Komitədən bildirilib.

Ötən il mehmanxana və mehmanxana tipli müəssisələrinin gəlirləri 2011-ci illə müqayisədə 34,3% artaraq 154 mln. manata çatıb. Gəlirlərin 71,8%-i nömrələrin satışından, 18,8%-i içkilər də daxil olmaqla qida məhsullarının satışından, qalan hissəsi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Müəssisələrin xərcləri 24,8% artaraq 110,7 mln. manat təşkil edib, xərclərin əsas hissəsini əmək haqqı xərcləri, içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər və əsas fondların amortizasiyası xərcləri təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR