Qatardan oğurluq edən şəxsə hökm oxunub

Qatardan oğurluq edən şəxsə hökm oxunub
# 18 dekabr 2014 14:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Cəhalət Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, C. Abdullayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tərtər rayon sakini Cəhalət Abdullayev Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da Bakı Dəmir Yolu Stansiyası deposunun ərazisində "Kür-Nur" qatarından 5 ədəd vaqonun pəncərə haşiyəsini, 5 ədəd kilid üzlüyünü, 1 ədəd su kranını, 32 ədəd qapı və 1 ədəd pəncərə dəstəklərini oğurlayarkən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR