Elvin Məmişzadə: “Rəqibim fiziki cəhətdən çox güclü idi”

Elvin Məmişzadə: “Rəqibim fiziki cəhətdən çox güclü idi”
# 22 iyun 2015 17:48 (UTC +04:00)

Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan boksçusu Elvin Məmişzadə deyib.

I Avropa Oyunlarında 52 kq çəki dərəcəsində çıxış edən idmançımız uğurlu çıxışını davam etdirir. 1/8 finalda irlandiyalı Keysi Maylsi, 1/4 finalda isə bolqarıstanlı Daniel Asenovu məğlub edən Məmişzadə yarımfinala vəsiqə qazanmaqla, ən azı bürünc medalı özünə təmin edib.

1/4 finaldakı görüşü ilə bağlı danışan boksçumuz çempion olmaq üçün əlindən gələni edəcəyini bildirib: “Sonuncu raundda yorğun idim. Buna baxmayaraq, qalib gəldim və yarımfinala keçdim. Çalışacağam ki, bütün görüşlərimdə qələbə qazanaraq, bayrağımızı yüksəldim. İlk Avropa Oyunları olduğundan, qızıl medal qazanaraq tarixə düşmək lazımdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR