BFB üzvlərinin səlahiyyətli treyderlərinin ticarətdə iştirakı üzrə akkreditasiyası qaydaları təsdiqlənib

BFB üzvlərinin səlahiyyətli treyderlərinin ticarətdə iştirakı üzrə akkreditasiyası qaydaları təsdiqlənib
# 08 dekabr 2014 10:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bakı Fond Birjası (BFB) tərəfindən “Bakı Fond Birjasının üzvlərinin səlahiyyətli treyderlərinin ticarətdə iştirakı üzrə akkreditasiyası” qaydaları birjanın İdarə Heyətinin qərarı ilə təsdiq olunub.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, qaydalar, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədrinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində fond birjasının təşkili, fəaliyyəti və fond birjasının daxili qaydalarına dair Standartlar” və BFB-nin üzvlük qaydalarına əsasən səlahiyyətli treyderlərin BFB-də ticarətdə iştirakı üçün zəruri bilik və bacarıqlarının müvafiq funksiyalara uyğunluğunu müəyyən etmək o cümlədən, həmin şəxsə birja üzvünün adından BFB-də sifarişlərin elan edilməsi və əqdlərin həyata keçirilməsi səlahiyyətlərin verilməsi prosedurlarını müəyyən edir.

Prosedurlara əsasən qeyd olunmuş tələblərə uyğun olaraq namizədlər üzrə attestasiya imtahanı təşkil edlir. Attestasiya imtahanı müvəffəqiyyətlə keçmiş namizədlərə “Akkreditə şəhadətnaməsi” verilir. Qaydalara görə, 2015-ci il yanvarın 1-dən yalnız “Akkreditə şəhadətnaməsi” almış şəxslər bu şəhadətnamənin qüvvədə olduğu müddət ərzində BFB-də səlahiyyətli treyder olmaq hüququnu əldə edəcək.

Yeri gəlmişkən, “Bakı Fond Birjasının üzvlərinin səlahiyyətli treyderlərinin ticarətdə iştirakı üzrə akkreditasiyası" qaydalarına əsasən birja üzvlərinin əməkdaşlarının attestasiyadan keçirilməsi üçün müraciətlərinin qəbuluna başlanılıb.

İmtahanda yalnız birja üzvlərinin sözügedən qaydaların tələblərinə cavab verən əməkdaşları iştirak edə bilərlər. Qaydalara əsasən müraciət etmiş birja üzvlərinin əməkdaşları üçün imtahanlar, təqdim edilmiş sənədlərdə nöqsan və ya uyğunsuzluq olmadıqda, müraciət edildikdən sonrakı 10 (on) iş günü müddətində təşkil olunacaq.

“Bakı Fond Birjasının üzvlərinin səlahiyyətli treyderlərinin ticarətdə iştirakı üzrə akkreditasiyası" qaydaları BFB-nin internet saytının (www.bfb.az) “BFB-nin təlimat və qaydaları” bölməsində yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR