Şəkidə uşaq bağçası istifadəyə verilib

Şəkidə uşaq bağçası istifadəyə verilib
# 30 iyul 2014 17:26 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə uşaq bağçası istifadəyə verilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki şəhərindəki 25 saylı uşaq bağçası da Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramına uyğun olaraq əsaslı şəkildə yenidən qurularaq bu gün uşaqların istifadəsinə verilib.

Bu münasibətlə təşkil edilən mərasimdə Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, şəhər rəsmiləri, müəllimlər və valideynlər iştirak edib. Bildirilib ki, son illər ölkəmizdə müasir məktəb binalarının və uşaq bağçalarının istifadəyə verilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi, müəllimlərin fəaliyyəti üçün lazımi şəraitin yaradılması uşaqların hərtərəfli hazırlanmasına səbəb olur. Bu mənada son illərdə Şəki şəhərində 3 yeni uşaq bağçası əsaslı təmir olunub. Hazırda isə şəhər 14, 15 və 16 saylı uşaq bağçaları yenidən tikilir, daha iki 9 və 17 saylı bağçalar isə əsaslı təmir olunur.

Daha sonra Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov balacalarla birlikdə rəsmi açılışı bildirən qırmızı lent kəsib. Qonaqlar binada yaradılan şəraitlə tanış olarkən məlumat verilib ki, 40 yerlik, iki qrupdan ibarət olan bağçada məşğələ və yataq otaqları, yeməkxana, mətbəx, oyun otaqları və yardımçı otaqlardan var.

Bağça binası müasir istilik sistemi ilə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR