Yer kürəsinin maksimum yaxınlığından 130 min tonluq asteroid keçəcək

Yer kürəsinin maksimum yaxınlığından 130 min tonluq asteroid keçəcək
# 15 fevral 2013 00:46 (UTC +04:00)

Bakı-APA. Yer kürəsinin yaxınlığından, yəni geostasionar peyklərin orbitlərindən də aşağıdan 45 metrlik asteroid keçəcək. Lakin alimlər aparılmış hesablamalar əsasında toqquşma ehtimalını istisna ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu müşahidələrin tarixində Yer kürəsinin rekord dərəcədə yaxınlığından keçəcək ilk səma cismi olacaq. Arzu edənlər bu nadir hadisəni binokl ilə və ya internet vasitəsi ilə müşahidə edə bilər.

2012 DA14 adlı asteroid 2012-ci ilin fevralın 23-də İspaniyanın La Saqra rəsədxanası tərəfindən aşkar edilib. Bəzi astronomlar o vaxt bu asteroidin planetlə toqquşacağını istisna etmirdilər. Diametri 45 metr, çəkisi isə 130 min ton olan bu səma cismi Yerlə toqquşacağı halda partlayışın gücü 2,4 meqaton trotil ekvivalentinə bərabər ola bilərdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR