Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Oktyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Oktyabr - <span style="color: red;">VİDEO
# 06 oktyabr 2014 17:03 (UTC +04:00)

Bakı-APA. Azərbaycanlıların belə bir misalı var. Daldan atılan daş topuğa dəyər. İŞİD deyəsən günahlarını yumaq istəyir. Terrorçular neçə vaxtdır, zülm etdikləri insanların sevgisini qazanmaq istəyirlər. Hər halda bayram günü Raqqada ət paylama ayinindən belə qərara gəlmək olar. Amma İŞİD başbilənləri bir şeyi unudurlar. İnsanları kütləvi şəkildə qətlə yetirib, onların başını qurbanlıq qoyun başı kimi kəsib, sonra da bayram günü guya müsəlmançılıq edib qurban əti paylamaqla özlərinə qarşı yaratdıqları kini, nifrəti yumşalda bilməyəcəklər. Onlardan birinin girovların qaçmasına şərait yaratması da haradasa etdiyi günahların bağışlanmasına hesablanıb. Həmin terrorçu öz vicdanı qarşısında əziyyət çəkir və göydən yağan Amerika bombalarının bir gün onun da sonunu gətirəcəyini yaxşı bilir. Terrorçular sonlarının yaxınlaşdığını duyurlar...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR