Bakıda avtoxuliqanlıq edən şəxs həbs edilib - VİDEO

Bakıda avtoxuliqanlıq edən şəxs həbs edilib - <span style="color: red;">VİDEO
# 12 noyabr 2014 09:35 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl elektron KİV-də və sosial şəbəkələrdə Yasamal rayonundakı "Ağ çiçəyim" şadlıq sarayının ətrafında naməlum sürücünün "VAZ-2107" markallı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntülər nümayiş etdirilib.


Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, videogörüntülərdə nümayiş etdirilən avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini, 21 yaşlı Əziz Əzimov özünə məxsus "VAZ-2107" markalı avtomobillə edib.

Ə.Əzimov saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edilib.

Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR