Göygöl. Azər Məmmədli – APA. Göygöldə sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA-nı qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun mərkəzində qeydə alınıb.
“KAMAZ” markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü Göygöl sakini, 1979-cu il təvəllüdlü Quliyev Qismət Məhəmməd oğlu hadisə yerində ölüb.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.