Rusiya Xocalı aeroportu ilə bağlı məsələdə həmsədrlərin mövqeyini bölüşür

Rusiya Xocalı aeroportu ilə bağlı məsələdə həmsədrlərin mövqeyini bölüşür
# 07 fevral 2013 13:47 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Ermənistanın Azərbaycanın işğal altındakı Xocalı şəhərində yerləşən hava limanını açmaq niyyətinə ölkəsinin münasibətini açıqlayıb. APA-nın Moskva müxbirinin məlumatına görə, A. Lukaşeviç deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bu məsələyə toxunublar və bəyanatla çıxış ediblər. O, bəyanatdan sitat gətirib: “Tərəflər həmsədrlərə bir daha vəd etdilər ki, mülki təyyarələrə qarşı güc tətbiqindən və hədələrdən çəkinəcək və bu məsələni diplomatik yolla həll etməyə çalışacaqlar”.

A. Lukaşeviç hər üç həmsədr ölkənin bu mövqeyi bölüşdüyünü söyləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR