Haitidə daşqın nəticəsində 16 nəfər həlak olub

Haitidə daşqın nəticəsində 16 nəfər həlak olub
# 10 noyabr 2012 03:42 (UTC +04:00)
Bakı-APA. Haitinin şimalında daşqınlar ən azı 16 nəfərin ölümünə səbəb olub. Həlak olanlardan 3-ü uşaqdır. Ən çox ziyan Kab-Aityen şəhərinə vurulub. Polisin məlumatına görə, daşqın nəticəsində həlak olmuş insanların cəsədləri şəhərin küçələri ilə üzür. Hazırda cəsədlərin axtarışı davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR