ABB Mastercard-ın 2 mükafatını qazanıb
06 may 2024 10:13 (UTC +04:00)
Beynəlxalq ödəniş sistemi Mastercard ABB-ni 2 nominasiya üzrə mükafatlandırıb. Bankın Tam DigiCard debet kartı uğurlu məhsul buraxılışı nominasiyası üzrə mükafata layiq görülüb. ABB Mastercard-la uğurlu əməkdaşlıq nominasiyası üzrə də təltif olunub.
Xatırladaq ki, ötən ilin sentyabrında təqdim olunmuş rəqəmsal Tam DigiCard debet kartı ilə bir çox bank əməliyyatlarını rahat, sürətli və illik limitsiz həyata keçirmək mümkündür. Kartı saniyələr içində ABB mobile tətbiqindən əldə edib, Apple Pay və Google Pay vasitəsilə dərhal istifadə etmək olar.
Mastercard ödəniş sistemi ilə sıx əməkdaşlıq əsasında mütəmadi layihə və kampaniyalar həyata keçirən ABB müştərilərinə dünyanın hər yerində sərhədsiz üstünlüklər təqdim edir. Ümumilikdə, ABB ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq edən Azərbaycan bankıdır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024