Azərbaycanda həbsxanaya narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Azərbaycanda həbsxanaya narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 18 mart 2013 10:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda həbsxanaya narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1966-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nizami İbrahim oğlu Qəmbərova xalası oğlu Rəfail Əli oğlu Xəlilovun gətirdiyi sovqata baxış keçirilən zaman 10 kiloqramlıq plastmas qabda olan bişmiş ət tikələrinin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş xüsusi çəkisi 14,855 qram olan narkotik vasitə - “Tiryək” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR