Əmanətlərin Sığortalanması Fondunun gəlirləri 20 mln. manatı ötüb

Əmanətlərin Sığortalanması Fondunun gəlirləri 20 mln. manatı ötüb
# 19 avqust 2014 08:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Ötən ilin yekunlarına görə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) aktivləri 74 mln. 985,679 min manat təşkil edib ki, bu da 2013-cü ilin əvvəlinə olan göstəricidən 34,9% çoxdur.

APA-Economics”in fondun maliyyə hesabatına istinadən verdiyi məlumata görə, ADİF-in aktivlərinin strukturunda 59 mln. 663,6 min manat satış müddəti müəyyən edilmiş investisiya qiymətli kağızlarının (artım 2,1 dəfə), 5 mln. 390,1 min manat tez satılması mümkün olan investisiya kağızlarının (artım 3,9%), 1 mln. 360,9 min manat (azalma 5,4 dəfə) nağd pulların, qalan məbləğ digər aktivlərin payına düşür.

Cari ilin əvvəlinə fondun öhdəlikləri 5 mln. 435,3 min manata (artım 3,6%) bərabərdir.

2014-cü il yanvarın 1-nə fondun sığorta ehtiyatları 69 mln. 550,4 min manat (artım 38,2%) təşkil edir.

2013-cü ilin yekunları üzrə fondun gəlirləri 20 mln. 686,5 min manat (artım 39,2%), xalis mənfəəti 19 mln. 200,15 min manat (artım 41,4%) təşkil edib.

Qeyd edək ki, ADIF 2006-cı ildə yaradılıb. 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.

Ölkədə fəaliyyət göstərən 42 bank fondun üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR