SOCAR-ın elektriki gərginlik altına düşərək ölüb

SOCAR-ın elektriki gərginlik altına düşərək ölüb
# 09 fevral 2015 11:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ə.Əmirov adına neft və qaz çıxarma idarəsinin (NQÇİ) elektrik avadanlıqlarının təmiri sexinin 5-ci dərəcəli elektrik montyoru 1974-cü il təvəllüdlü Yunus Güləli oğlu Güləliyev gərginlik altına düşərək ölüb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, fevralın 7-də Y.Güləliyev növbədə olarkən həmin gün iş növbəsində olmayan elektrik montyoru Rafiq Əhmədovun xahişi ilə şəxsi məqsədləri üçün yaxınlıqdakı “Qaradağ Maşınqayırma Zavodu” ASC-nin həyətində yerləşən və Ə.Əmirov adına NQÇİ-yə heç bir aidiyyəti olmayan 6 kV-luq yarımstansiyada ayırıcını açmaq istəyərkən gərginlik altına düşüb və saat 15:20 radələrində onun meyiti paylayıcı qurğuda aşkar edilib.

Məlum olub ki, Y.Güləliyev iş yerini rəhbərliyə məlumat vermədən və qanunsuz olaraq tərk edib.

Y.Güləliyevin meyiti məhkəmə tibbi ekspertizasına aparılaraq müayinə olunub və onun elektrik cərəyanının təsiri nəticəsində öldüyü məlum olub. Hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR