SOCAR: Müvafiq aktı olan çoxmərtəbəli bina 1 həftə ərzində qazlaşdırılır

SOCAR: Müvafiq aktı olan çoxmərtəbəli bina 1 həftə ərzində qazlaşdırılır
# 01 may 2015 10:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda tikilən çoxmərtəbəli binalar Qəbul Komissiyasından müvafiq aktı alandan sonra 1 həftə ərzində qazlaşdırılır.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

SOCAR prezidenti deyib ki, bu sahədə neqativ hallarla rastlaşan şəxslər quruma müraciət edə bilər: “Bizdə çox şəffaf sistem qurulub. Əgər belə bir fakt varsa, müraciət edin, tədbir görək. Amma həmin komissiyadan aktı olmayan binaya biz zəmanət vermirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR