® "Bank Respublika" "Yaxınlarınıza daha yaxın" lotereyasının qaliblərini müəyyən edib

<font color=red>® </font>  "Bank Respublika" "Yaxınlarınıza daha yaxın" lotereyasının qaliblərini müəyyən edib
# 24 oktyabr 2014 12:12 (UTC +04:00)

Bakı - APA-Economics. Bank Respublika pulköçürmə əməliyyatlarını bankın ofislərində aparan müştərilərə xarici ölkədə yaşayan yaxınlarını ziyarət etmək imkanı vermişdir.

İyulun 1-dən Sentyabrın 30-dək Bankın filial və şöbələrində pul köçürməsi edən müştərilər "Yaxınlarınıza daha yaxın" adlı lotereyanın iştirakçısı oldular. Lotereyada pulköçürmə sistemi ilə 300 dollardan çox və ya bu ekvivalentdə digər valyutada aparılan pul köçürmələri iştirak etdi.

Qeyd olunan 3 aylıq müddətin nəticəsi etibarı ilə, aksiyanın qaydalarına uyğun olaraq, pulu göndərən və ya pulu alan şəxsin yaşadığı ölkəyə ümumilikdə 25 aviabiletin qalibləri 18 oktyabr il tarixində Bankın Baş Ofisində müəyyən edildi və qalib qələn tranzaksiyaların siyahısı bankin internetFacebook səhifələrində dərc olunub və qaliblər ilə Bank tərəfindən əlaqə saxlanılır.

Bank Respublika bütün qalibləri təbrik edir! "Yaxınlarınıza daha yaxın" kampaniyası müştərilər tərəfindən böyük maraq və rəğbətlə qatrşılandığı üçün aksiyanın yaxın müddətdə təkrar keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR