Bakıda Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilib - FOTO

Bakıda Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilib - <font color=red>FOTO</font>
# 04 aprel 2012 13:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Ukraynanın baş naziri Nikolay Azarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə hər iki tərəfdən kənd təsərrüfatı, qida sənayesi, energetika, maşınqayırma, rabitə və informasiya texnologiyaları, nəqliyyat, tikinti, neft emalı və digər sektorları təmsil edən 100-dən çox sahibkar iştirak edib.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanda iqtisadi inkişaf, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, Azərbaycan və Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini, iqtisadi əlaqələrin daha da genişləndirilməsində işgüzar görüşlərin, forumların və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. N.Səfərov onu da bildirib ki, artıq Azərbaycan xarici ölkələrə, o cümlədən Ukraynaya investisiya yatıran ölkəyə çevrilib.

Ukrayna xarici işlər nazirinin müavini Viktor Mayko Ukraynanın Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.

Tədbirdə “Azpromo”nun vitse-prezidenti Gülşən Rzayeva Azərbaycanın əlverişli investisiya mühiti və biznes imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr, Ukrayna İnvestisiyaların və Milli Layihələrin İdarəedilməsi üzrə Dövlət Agentliyinin direktoru Vasili Kaskiv Ukraynanın investisiya potensialı və əməkdaşlıq perspektivləri barədə təqdimatlarla çıxış ediblər.

Tədbir çərçivəsində Azərbaycan və Ukrayna sahibkarları arasında ikitərəfli görüşlər keçirilib. İşgüzar görüş çərçivəsində “Azpromo” və Ukrayna İnvestisiyaların və Milli Layihələrin İdarəedilməsi üzrə Dövlət Agentliyi arasında anlaşma memorandumu imzalanıb. Memorandumda investisiyaların qarşılıqlı təşviqi və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi, qarşılıqlı maraq doğuran yeni layihələrə və investisiya fəaliyyəti üzrə proqramlara aid olan qanunvericilik aktlarının, nəşrlərin mübadiləsi, iki ölkənin iş adamları üçün işgüzar görüşlərin, treninq və seminarların keçirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR