Hindistan pambıq ixracına qadağa qoyub

Hindistan pambıq ixracına qadağa qoyub
# 05 mart 2012 13:41 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ikinci nəhəng pambıq istehsalçısı və ixracatçısı olan Hindistan yerli istehsalçıların maraqlarını qorumaq üçün pambıq ixracına qadağa qoyub.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, qadağanın müddəti məlum deyil. Embarqo hökumətin müvafiq sərəncamı olana qədər davam edəcək.

“Cotton Textiles Export Promotion Council” şirkətinin icraçı direktoru Siddhartha Racaqopal (Siddhartha Rajagopal) bildirib ki, ötən maliyyə ilində (martda başa çatacaq) pambıq ixracının həcmi hökumətin gözləntilərini üstələyib. Hindistan il ərzində 8,5 mln. bağlama (bir bağlamanın çəkisi 170 kq) ixrac edib.

S.Racaqopal deyib ki, Çində pambığa tələbatın artmasını nəzərə alaraq cari ildə Hindistandan xammal ixracı 10 mln. bağlamadan artıq ola bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR