Parlamentin komitə sədri: Azərbaycanda yalnız 8 araq istehsalı müəssisəsi illik lazımi tələbi ödəyə bilir

Parlamentin komitə sədri: Azərbaycanda yalnız 8 araq istehsalı müəssisəsi illik lazımi tələbi ödəyə bilir
# 01 may 2024 10:41 (UTC +04:00)

Azərbaycanda birdən-birə illik 100 min dekolitr araq istehsal etmək gücünə malik müəssisələr yoxdur.

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Rzayev "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Tahir Rzayev bildirib ki, ölkədə 132 alkoqollu içki istehsalı ilə məşğul olan vergi ödəyicisi var:

“Araq istehsalı ilə məşğul olan 98 vergi ödəyicisindən yalnız 8-nin istehsal gücü 100 min dekalitr tələbini ödəyir. 75 faizi bu qədər araq istehsal edə bilmir. İqtisadiyyat Nazirliyindən aldığım məlumata görə, alkoqollu içki istehsalı üzrə ən çox vergidən yayınma hallarına, kölgə iqtisadiyyatına araq istehsalında rast gəlinir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR