Hacıqabulda qətl törədilib

Hacıqabulda qətl törədilib
# 26 mart 2012 11:14 (UTC +04:00)
Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayon ərazisində yerləşən hərbi şəhərcikdə qeydə alınıb. Hərbi şəhərciyin sakini, 24 yaşlı Elman Mehman oğlu Ələkbərov ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Araşdırmalar nəticəsində hadisənin rayon sakini, 27 yaşlı Ceyhun Rasim oğlu Hənifəyev tərəfindən törədildiyi müəyyənləşib. Hazırda həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR