Azərbaycan bank sistemi əsasən maliyyə sektorundan vəsait cəlb edir

Azərbaycan bank sistemi əsasən maliyyə sektorundan vəsait cəlb edir
# 24 dekabr 2010 14:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının öhdəliklərinin 48,8%-i maliyyə sektorundan alınmış kredit və depozitlər, 45%-i isə fiziki və maliyyə sektoruna aid olmayan hüquqi şəxslərin depozitlərinin payına düşür. Göründüyü kimi, bank öhdəliklərinin strukturunda 5,185 mlrd. manat həcmində olan öhdəliklər maliyyə sektorundan cəlb olunub.

«APA-Economics»in məlumatına görə, bank öhdəliklərinin təxminən yarısının maliyyə sektorundan cəlb edilən vəsaitlərin payına düşməsi bank sistemi üçün təhlükəlidir. Belə ki, maliyyə sektorundan alınmış kredit və depozitlərin əsas hissəsi qısamüddətli öhdəliklərdir və onların iri həcmdə olması bankların cari və qısamüddətli likvidlik risklərini artırır. Eyni zamanda, öhdəliklərin tərkibində qeyri-maliyyə təşkilatları, xüsusən də fiziki şəxslərin depozitlərinin payının yüksək olması bankların maliyyə dayanıqlığını möhkəmləndirir, çünki bu cür öhdəliklər əsasən müddətli olur və likvidlik riskləri baxımından təhlükəsizdir.

Qeyd edək ki, bank öhdəliklərinin strukturunda 4,787 mlrd. manat həcmində maliyyə sektoruna aid olmayan hüquqi şəxslərin depozitləri və fiziki şəxslərin əmanətlərinin 67%-i müddətli depozitlərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR