Azərbaycandakı seysmik stansiyalar İsmayıllıda baş vermiş zəlzələni 20 saat əvvəldən qeydə alıb

Azərbaycandakı seysmik stansiyalar İsmayıllıda baş vermiş zəlzələni 20 saat əvvəldən qeydə alıb
# 10 oktyabr 2012 10:38 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, hələlik zəlzələlərin dəqiq yerini demək mümkün olmadığından bu barədə məlumat verilməyib. Amma eksperimentlər göstərir ki, bu stansiyalar həqiqətən 15-20 saat əvvəlcədən zəlzələləri qeydə alırlar. Stansiyalar sözügedən zəlzələdən sonra baş verən afterşokları, Şamaxı və Mingəçevirdə baş verən zəlzələləri də qeydə alıblar.

T. Əliyev deyib ki, hazırda zəlzələlərin koordinatlarını qabaqcadan təyin etmək üzərində işlənilir: “Yaxın vaxtlarda zəlzələlərin dəqiq yerini də deyə biləcəyik. Ondan sonra bütün əhaliyə yox, ölkə rəhbərliyi məsləhət bildiyi quruma bu barədə məlumat veriləcək. Yaxın 2-3 ay ərzində qabaqcadan zəlzələ baş verəcək ocağın koordinatlarını və maqnitudasını dəqiq deyə biləcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR