Azərbaycanda sanitar-gigiyena normalarını pozan 24 obyektin fəaliyyəti dayandırılıb

Azərbaycanda sanitar-gigiyena normalarını pozan 24 obyektin fəaliyyəti dayandırılıb
# 19 mart 2012 14:00 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 24 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 31 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki kimyəvi göstəricilərinə görə 914, mikrobioloji göstəricilərinə görə 769, toksikoloji göstəricilərinə görə 218, radioloji göstəricilərinə görə 54 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 8-də orqanoleptik və fiziki-kimyəvi, 21-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub. Şadlıq evlərindən 2380 yaxma nümunəsi, 11 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 34-də mikrobioloji çirklənmə aşkar edilib.
Ötən ay əhali arasında 66 qida zəhərlənməsi hadisəsi baş verib, 76 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsi baş verib, bundan 4 nəfər zərər çəkib.
Məlumatda bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi 26/11 ünvanda fərdi sahibkar H.Məmmədova məxsus süd məhsulları istehsalı sexindən götürülmüş qatıq və həmin sexin istehsalı olan, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Z.Səfərovaya məxsus ərzaq mağazasından götürülmüş xama nümunələrinin laboratoriya müayinələrinin nəticələrinə görə nümunələrin bağırsaq çöpləri qrup bakteriyaları ilə çirklənməsi aşkar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR