Moskvada Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib

Moskvada Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib
# 08 may 2012 23:05 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Moskvada Şuşanin işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbir Dünya Azərbaycanlıları Konqresinin Moskva nümayəndəliyi tərəfindən təşkil olunub. Tədbirdə tanınmış yazıçı, filologiya elmləri doktoru, professor Çingiz Hüseynov, Rusiya Yazıçılar Birliyinin üzvü Nəsib Nəbioğlu, fəlsəfə elmləri doktoru, teoloq Qasim Kərimov, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Mirəşrəf Fətiyev və Rusiyanın tanınmış digər azərbaycanlı alim və yaradıcı insanları iştirak ediblər.
Şuşa şəhidləri bir dəqiqəlik sükutla anıldıqdan sonra çıxışlar başlayıb. M.Fətiyev o dövrkü hakimiyyətin səriştəsizliyini, minlərlə igid Azərbaycan əsgərinin xəyanətin qurbanı olduğunu söyləyib.
Daha sonra DAK-ın mətbuat xidmətinin çəkdiyi “Dərbənd” filmi nümayiş olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR