Milli Məclisdə vətəndaşların qəbulu dayandırılıb

Milli Məclisdə vətəndaşların qəbulu dayandırılıb
# 31 iyul 2012 10:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisdə vətəndaşların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. APA-nın məlumatına görə, MM-in saytında bununla bağlı parlamentin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin elanı yerləşdirilib. Elanda bu qərar Milli Məclisin Daxili Nizamnaməsinin 1-ci maddəsinə müvafiq olaraq MM-in iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılması ilə izah olunub.
Qeyd edək ki, Milli Məclisin payız sessiyası oktyabrın 1-də başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR