Marneulidə Şuşanın işğal olunmasının 20 illiyinə həsr olunan tədbir keçirilib

Marneulidə Şuşanın işğal olunmasının 20 illiyinə həsr olunan tədbir keçirilib
# 08 may 2012 21:27 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Mayın 8-də azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Şuşanın işğal olunmasının 20 illiyinə həsr olunan tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri AMM-in rəhbəri Fazil Həsənov açaraq tədbir iştirakçılarını Azərbaycan prezidentinin Şuşanın işğalının 20 illiyi ilə bağlı keçiriləcək tədbirlər planı barədə imzaladığı sərəncam ilə tanış edib. Sonra işğal zamanı həlak olan şuşalıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə filologiya elmləri doktoru, professor Mahmud Hacıxəlilov, Gürcüstan Azərbaycanlıları Gənclər İttifaqının sədri Leyla Məmmədova, Marneulidəki 3 saylı Azərbaycan orta məktəbin tarix müəllimi Nərgiz Nəbiyeva, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) sədri Sevil Yusifova, “Günəş” Assosiyasiyasının sədri Nizami Zillioğlu, AMM-in mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyeva, gənclərdən Kifayət Babayeva, Abayət Qurbanova və başqaları çıxış edərək 20 il bundan əvvəl baş verən Şuşanın işğalını ən böyük faciə adlandıraraq qeyd ediblər ki, Dağlıq Qarabağ torpaqlarının, o cümlədən Azərbaycanın dilbər guşəsi Şuşanın işğaldan azad edilməsi vaxtı gəlib çatıb. Çıxışçılar bu tarixi şəhərin azərbaycanlılara məxsus olduğunu və ermənilərin 150 il bundan əvvəl Qarabağa köçürüldüyünü və onlar tərəfindən bu tarixi vaxtilə bayram kimi qeyd etdiklərini və bu gün münasibəti ilə abidə də qoyduqlarını vurğulayıblar. bildirilib. Tədbirdə qeyd olunub ki, erməni vandalizmi tarixi abidələrimizi məhv ediblər. Tədbir diskusiya xarakterli söhbətlərlə başa çatıb. Tədbirdə tövsiyə olunub ki, Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli orta məktəblərin şagirdləri arasında, istərsə də gürcü ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə Azərbaycan həqiqətlərinin, eləcə də Azərbaycanın konservatoriyası olan Şuşanın təbliği daha da gücləndirilsin.
Sonra tədbirdə Şuşanın tarixi və mədəniyyətindən bəhs edən əlli dəqiqəlik “Dağıdılmış mədəniyyətin beşiyi” adlı sənədli film nümayiş olunub. Tədbirdə gənclər, QHT nümayəndələri və jurnalistlər iştirak edib.
AMM-in sədri Fazil Həsənov APA-ya açıqlamasında Azərbaycan mədəniyyətinin qiymətli bir parçasının işğal olunduğunu bildirib. Onun sözlərinə görə, bu tarixi şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 20 il keçməsi hər bir azərbaycanlını narahat edir. “Şuşanın işğalını mədəniyyətimizə vurulan zərbə hesab edirəm. Azərbaycan mədəniyyəti təhqir edilib. Şuşadakı tarixi abidələrimizin məhv edilməsi bu gün dünyada yaşayan bütün azərbaycanlıları hiddətləndirir. Bu tarixi şəhər tezliklə azad edilməlidir.”
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) sədri Sevil Yusifova jurnalistlərə açıqlamasında Azərbaycan xalqının sülhsevər xalq olduğunu və lazım gələrsə, işğal olunan torpaqları silah gücü ilə alacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR