MDB-də ən yüksək əmək haqqı Moskva, Astana və Bakıdadır

MDB-də ən yüksək əmək haqqı Moskva, Astana və Bakıdadır
# 07 avqust 2012 11:15 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə MDB-nin Hökumətlərarası Statistika Komitəsinin dərc etdiyi hesabatda bildirilir.

Komitənin hazırladığı hesabata MDB-nin 11 ölkəsinin 9-u daxil olub. Belə
ki, Özbəkistan və Türkmənistan rəsmi məlumatlarını təqdim etməyib.
Ötən il Moskvada orta əmək haqqı 43 272 rubl (1 368 ABŞ dolları) təşkil edib ki, bu da Astanadakı orta aylıq maaşdan təxminən 30%, Bakıdakı əmək haqqıdan isə təxminən 2 dəfə çoxdur. Belə ki, dollar ekvivalentində Astanada orta aylıq əmək haqqı 836,6 dollar, Bakıda isə 603,1 dollar təşkil edib.

Hesabatda həmçinin bildirilib ki, 2011-ci ildə Düşənbədə (Tacikistan) orta aylıq əmək haqqı ölkə üzrə olan orta əmək haqqının səviyyəsindən 97,2% çoxdur. Bu, MDB məkanında paytaxt və regionda olan maaşlar arasında ən yüksək fərqdir. Moskvada bu göstərici 82,2%, Kiyevdə isə 52,1% təşkil edir. Ən aşağı fərq isə İrəvandadır (9,7%).

Komitənin hesablamalarına görə, ötən ilin dekabr ayında MDB ölkələri arasında real əmək haqqının ən yüksək artımı (inflyasiyanın artımını nəzərə alaraq) Qırğızıstanda qeydə alınıb – 31,3% (1-ci yer), Tacikistanda bu göstərici 18,2%-ə (2-ci yer), Qazaxıstanda 13,9%-ə (3-cü yer), Rusiyada isə 11,2%-ə (5-ci yer) bərabər olub.

Real əmək haqqının aşağı düşməsi Moldova və Belarusda qeydə alınıb. Belə ki, 2011-ci ildə bu ölkələrdə əmək haqqı müvafiq olaraq 3% və 13,8% aşağı düşüb.

MDB ölkələrində əmək haqqı üzrə paytaxt/region nisbəti (%):


Düşənbə (Tacikistan)

197%

Moskva (Rusiya)

182%

Kiyev (Ukrayna)

152%

Astana (Qazaxıstan)

145%

Bakı (Azərbaycan)

144%

Bişkek (Qırğızıstan)

135%

Minsk (Belarus)

130%

Kişinyov (Moldova)

123%

İrəvan (Ermənistan)

110%

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR