Yəməndə polis nümayişçilərə atəş açıb

Yəməndə polis nümayişçilərə atəş açıb
# 10 fevral 2012 02:33 (UTC +04:00)
Bakı-APA. Yəmənin cənubunda yerləşən Ədən şəhərində təhlükəsizlik qüvvələri əməkdaşlarının nümayişçilərə atəş açıması nəticəsində 2 nəfər həlak olub, on nəfər yaralanıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təxminən 2 min nəfər şəhərin mərkəzi meydanında prezident seçkiləri qabağı əhaliyə daha çox hüquqların verilməsi tələbi ilə mitinq keçirib. Bir qədər sonra etirazçılar yerli seçki komissiyasının binasına hücum ediblər.
Hadisə yerinə gələn polis əməkdaşları gözyaşardıcı qazdan və silahdan istifadə ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR