Azərbaycan vətəndaşları məhkəmə icraçılarının hərəkətsizliyindən şikayət vermək imkanı qazanacaq

Azərbaycan vətəndaşları məhkəmə icraçılarının hərəkətsizliyindən şikayət vermək imkanı qazanacaq
# 12 oktyabr 2012 15:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli Məclisi “İcra haqqında” qanuna dəyişiklik edəcək. APA-nın məlumatına görə, dəyişiklikdən sonra vətəndaşlar icra məmurunun hərəkətsizliyindən də şikayət vermək imkanı qazanacaq. Belə ki, indiyədək vətəndaşlar icra məmurunun yalnız hərəkətlərindən şikayət verə bilərdilər.

Qanundakı digər dəyişikliyə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və hərəkətsizliyindən, habelə icra məmuruna etirazın təmin edilməməsindən tələbkar və ya borclu şikayət verə bilər. Şikayət müvafiq hərəkətin edildiyi və ya həmin hərəkətin yerinə yetirilməli olduğu vaxtdan 10 gün müddətində icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə verilir.

Bundan başqa, qanunun 87.2-ci maddəsi ləğv ediləcək.

Qeyd edək ki, “İcra haqqında” qanun Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin Habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR