Rusiya və Avropadan beş rəssama Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvlük vəsiqəsi verilib

Rusiya və Avropadan beş  rəssama Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvlük vəsiqəsi verilib
# 17 sentyabr 2012 15:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Rusiya və Avropa rəssamları Azərbaycan Rəssamlar İttifaqına fəxri üzv qəbul olunublar. APA-nın məlumatına görə, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bu gün Böyük Britaniyadan Nadim Sammana, İtaliyadan Klara Pamfili Tosiyə, Alfonso Mangelliyə, David Dorminoya və Rusiyadan Leonid Bajanevə fəxri üzvlük vəsiqəsini təqdim edib. F. Xəlilov deyib ki, Rəssamlar İttifaqının qanunvericiliyinə görə, xarici ölkələrdən olan rəssamlar ittifaqın üzvlüyünə qəbula oluna bilər.

Qonaqlar Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri elan olunduqlarından sevinclərini bildiriblər və Azərbaycan incəsənətinin dünyaya yayılması istiqamətində lazımi işlər görəcəklərini qeyd ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR