Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 21 sentyabr 2012 09:15 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 20-də saat 01.00 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Əli Cəbiyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış ekskavatora vurub. Nəticədə sürücü hadisə yerində ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR