ABŞ müdafiə naziri: «İranın nüvə silahına malik olmasının qarşısını almaq üçün ABŞ bütün vasitələrdən istifadə edəcək»

ABŞ müdafiə naziri: «İranın nüvə silahına malik olmasının qarşısını almaq üçün ABŞ bütün vasitələrdən istifadə edəcək»
# 31 iyul 2012 03:52 (UTC +04:00)
Bakı-APA. ABŞ müdafiə naziri Leon Panetta İrana qarşı qəbul edilən beynəlxalq sanksiyaların istənilən nəticəni vermədiyini bəyan edib.

Onun sözlərinə görə, sanksiyalar İran iqtisadiyyatına ciddi zərər vursa da, Tehranın nüvə ambisiyalarından əl çəkməsini təmin edə bilməyib.

O, beynəlxalq ictimaiyyətin İrana qarşı daha sərt sanksiyalar qəbul edəcəyini də istisna etməyib.

Panetta bildirib ki, Birləşmiş Ştatlar İranın nüvə silahına malik olmasına biganə qala bilməz və bunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək.

Qeyd edək ki, rəsmi Tehran nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu qeyd edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR