İş yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

İş yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başlayıb
# 02 avqust 2012 10:57 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elgün Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hüquqları izah olunub. Prosesin baxış iclası isə avqustun 8-nə təyin olunub.

Qeyd edək ki, E. Hüseynov qətlə yetirdiyi Bayram İmanovla birlikdə tikinti şirkətində fəhlə işləyib. Qətlin baş verməsinə E. Hüseynovun tanışı olan qadına B. İmanovun zəng etməsi səbəb olub. Nəticədə onların arasında mübahisə baş verib və E. Hüseynov B. İmanovu bıçaqlayaraq qətlə yetirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR