Azərbaycanda manat pul kütləsi 35% artıb

Azərbaycanda manat pul kütləsi 35% artıb
# 17 avqust 2012 14:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2012-ci il iyulun 1-nə 14 527,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 115,0 mln. manat və ya 27,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, təkcə bu ilin yanvar-iyun aylarında geniş mənada pul kütləsi 627,3 mln. manat və ya 4,5% artıb.

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 3 018,3 mln. manat və ya 34,6% artaraq 11 753,7 mln. manata çatıb:

(mln. AZN)

01.07.2011

01.01.2012

01.07.2012

M0 (nağd pullar)

5 851,6

7 158,2

7 751,8

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

7 126,4

8 824,8

9 456,6

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

8 735,4

10 997,2

11 753,7

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

11 412,5

13 903,2

14 527,5



Göründüyü kimi, bu ilin iyulun 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisi 66,0% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisindən 1,0 faiz bəndi azdır.

Qeyd edək ki, son illərin təhlili nağdlaşdırmanın 62-68% səviyyəsində olduğunu və hər hansı ciddi dəyişikliklərin olmadığını göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR