ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri başlayıb

ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri başlayıb
# 06 iyun 2012 10:50 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət katibi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlər keçirəcək. Dövlət katibinin dünən Bakıda açılışı keçirilən 19-cu Beynəlxalq Xəzər Neft, Qaz, Neftayırma və Neft kimyası Sərgi-Konfransı ilə tanış olacağı da gözlənilir.

Dövlət katibi Bakıda keçirdiyi görüşlərdə Azərbaycanla ABŞ münasibətlərinin bütün spektri, energetika sahəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparacaq.

Xatırladaq ki, Hillari Klinton iyunun 4-də Ermənistanda, dünən isə Gürcüstanda səfərdə olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR