Milli Məclisinin üzvləri Almaniyada bəzi qüvvələrin Azərbaycanı tənqid etməsinə sərt münasibət bildiriblər

Milli Məclisinin üzvləri Almaniyada bəzi qüvvələrin Azərbaycanı tənqid etməsinə sərt münasibət bildiriblər
# 01 may 2012 09:49 (UTC +04:00)
APA-nın məlumatına görə, deputat Çingiz Qənizadə deyib ki, Almaniyadan Azərbaycana yönələn gələn tənqidlərin başında bu ölkə parlamentindəki Yaşıllar fraksiyası və bu ölkənin Ombudsmanı, həmçinin Azərbaycandakı bəzi şəxslər durur.

Deputat Fəzail İbrahimli də Almaniyanı tənqid edib. O deyib ki, bu kampaniyanın arxasında erməni lobbisi durur.

YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib ki, Almaniyada bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı taktika qurulub, Almaniyanın Azərbaycandakı səfiri də bu taktikanın iştirakçısıdır. O, istehza edərək bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda evləri sökülən şəxslərə verilən evlərin fotolarını Almaniya səfirinə göndərsin.

Spiker Oqtay Əsədov isə deyib ki, evləri sökülən vətəndaşlara mənzilin bir kvadratmetri üçün 1500 manat kompensasiya verilib və bu pul həm ev tikməyə, həm də onu təmir etməyə imkan verir.

YAP icra katibinin müavini Siyavuş Novruzov deyib ki, söhbət heç də Almaniya dövlətidən getmir: “Almaniyanın səfiri deyib ki, Bakıda sökülən evlərə laqeyd qala bilmirəm. Bəs Azərbaycanın işğal olunan torpaqlarına, qaçqın və məcburi köçkünlərinə necə laqeyd qala bilir?”

S. Novruzov Almaniyada islamofobiya olduğunu, bunu sübut edən fotoları özü ilə parlamentə gətirdiyini deyib və şəkilləri nümayiş etdirib: “Məscidin üzərində qadağa işarəsi qoyurlar. Gəlsinlər, Azərbaycandan tolerantlığı öyrənsinlər. Şeyximiz hara gedir, digər dinlərin də nümayəndələri onunla gedir”.

YAP icra katibinin digər müavini Mübariz Qurbanlı isə Almaniyanın Azərbaycandakı səfirini beynəlxalq konvensiyalara zidd gedərək ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR